Şrift:
Ermənistanda koronavirusa yoluxma halları yenidən artıb
20.08.2020 [12:28] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda koronavirusa yoluxma və pandemiya qurbanlarının sayı yenidən artıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, son 24 saat ərzində Ermənistanda daha 263 nəfərdə koronavirus aşkarlanıb.

Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 42 min 319 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı daha 3 nəfər artaraq 836 nəfər olub. Bundan başqa, daha 251 koronavirus xəstəsi başqa səbəblərdən dünyasını dəyişib.

Hazırda Ermənistanda 5 min 756 aktiv koronavirus xəstəsi var.
Bu xəbər oxucular tərəfindən 7282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed