Şrift:
Son gündə Özbəkistanda koronavirusa 606 nəfər yoluxub
20.08.2020 [14:31] - Gündəm, Türk dünyası-Turan
Son gündə Özbəkistanda COVID-19 koronavirusuna 606 nəfər yoluxub və pandemiya dövründə yoluxanların ümumi sayı 37 min 366 nəfər olub.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son gündə virusdan 5 nəfər dünyasını dəyişib və bu səbəbdən ölənlərin sayı 250 nəfərə çatıb.

Qeyd edilir ki, xəstəxanalarda 4 min 172 nəfər var, onların 330-nun vəziyyəti ağır, 96-nın isə çox ağırdır.

Bu gündən ölkədə geyim və tikinti materialları bazarları, böyük mağazalar, idman zalları, fitnes klubları və hovuzlar işləyir.

Xatırladırıq ki, Özbəkistanda avqustun 15-dən başlayaraq karantin rejimi mərhələ-mərhələ yumşaldılmağa başlanıb.
Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed