Şrift:
Tehranda növbəti dəfə 10 nəfər edam olunub
07.11.2012 [10:59] - Güney Azərbaycan xəbərləri
Bu gün səhər Tehran həbsxanalarının birində yenidən 10 nəfər edam olunub. Bu barədə İranın İSNA agentliyi məlumat verir.

Məlumata əsasən, Tehran prokrorluğu edam olunan şəxslərin adlarını açıqlayıb. Onlar Əhməd Təcəri, Şəhram Yədullahi, Yusif Kərimxani, Qadir Məliki, Əsgər Fərəci Niri, Əbdülqadir Hadi Tacik, Səlal Hüseyni, Həmid Qulami, Qəhrəman Qasimi və İbrahim Bərahuyidir.

Məlumatda bildirilir ki, həmin şəxslər yüz tona yaxın narkotikin qanunsuz dövriyyəsi və satılmasında ittiham olunaraq edam cəzasına məhkum ediliblər.

Bundan öncə oktyabr ayının 22-də də Tehran həbsxanalarının birində 10 nəfər edam olunmuşdu. Həmin şəxslər 2 tondan artıq narkotikin qanunsuz dövriyyəsi və satılmasında ittiham olunaraq edam cəzasına məhkum edilmişdilər. Onlar iki ayrı dəstə ilə Tehran şəhərində narkotik maddələrin satışı ilə məşğul olurmuşlar.

Beynəlxalq KİV-in məlumatına görə, ötən bir il ərzində (2011-ci ilin oktyabrından 2012-ci ilin oktyabr ayınadək) İranda 488 nəfərdən çox şəxs edam olunub. Məlumata əsasən, bu müddət ərzində 333 nəfərdən çox şəxs isə edam cəzasına məhkum olunub. Edam olunan şəxslərin 33 faizi narkotik qaçaqmalçılığı, 13 faizi isə zorlamada ittiham olunub.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda göstərildiyindən daha çoxdur
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed