Şrift:
Norveç daha dörd ölkədən bu Krallığa gələnlər üçün karantin tətbiq edir
20.08.2020 [14:54] - Gündəm, Sosial
Böyük Britaniya, Avstraliya, Yunanıstan və İrlandiyada COVID-19-a yoluxmuş şəxslərin sayının artması ilə əlaqədar Norveç hökuməti bu ölkələrdən Krallığa gələn bütün şəxslər üçün on günlük karantin tətbiq olunacağını elan edib.

Norveç hökuməti dəftərxanasının press-relizi xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendən İsveçə gələnlər üçün də bu cür məhdudiyyətlər tətbiq olunacaq.

Avqustun 22-dən etibarən qüvvəyə minən yeni tədbirlər ölkə daxilində koronavirusun təkrar yayılmasının qarşısını almağa yönəldilib.

Hazırda Norveç son iki həftədə əhalisinin hər yüz min nəfərinə düşən təsdiqlənmiş COVID-19-a yoluxma ilə hallarının sayı 20-dən çox olan ölkələrdən buraya gələn bütün şəxsləri karantinə yerləşdirir. Sonuncu qərar da nəzərə alınmaqla 20 Avropa ölkəsindən, o cümlədən Fransa, İspaniya, İsveç və Polşadan Norveçə səfərlər məhdudlaşdırılacaq.

Bir qədər əvvəl Krallıq əlavə məhdudiyyətlərin yumşaldılması tədbirlərini dayandırıb və öz vətəndaşlarını xaricə səfərlərdən tamamilə çəkinməyə çağırıb.

Norveç Avropa İttifaqının üzvü deyil, lakin Krallıq Şengen sazişi zonasına daxildir. Koronavirus pandemiyasının yayılmasının erkən mərhələsində Norveçdə Avropaya səfərlərlə bağlı ən ciddi məhdudiyyətlər tətbiq edilib, lakin iyun ayından etibarən həmin məhdudiyyətlər tədricən ləğv edilib və ya zəiflədilib.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed