Şrift:
Yeni Zelandiyanın Kraystçörç şəhərində terror aktı törədən avstraliyalının məhkəmə işi başlanıb
24.08.2020 [09:30] - Gündəm, Hüquq
Avqustun 24-də ötən il martın 15-də yeni Zelandiyanın Kraystçörç şəhərində məscidlərə hücum edən avstraliyalı Brenton Harrison Tarrantın məhkəmə dinləmələri başlanıb

“The New Zealand Herald” nəşri xəbər verir ki, məhkəmə iclasının dörd gün davam edəcəyi gözlənilir.

Terror aktı törətməkdə, qətldə və qətl törətməyə cəhddə ittiham olunan B.Tarranta qarşı məhkəmə hökmünün çıxarılacağı iclas yerli vaxtla saat 10:00-da Kraystçörç Ali Məhkəməsinin binasıında başlanıb. Oklenddə yerləşən türmədən məhkəmə zalına gətirilən 29 yaşlı avstraliyalı vəkillərdən imtina etdiyini və məhkəmədə öz maraqlarını müstəqil olaraq müdafiə edəcəyini deyib. Bu ərəfədə müttəhimin ona qarşı irəli sürülən bütün ittihamları qəbul etdiyi də bildirilir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Yeni Zelandiya hökuməti tərəfindən tətbiq edilən məhdudiyyətlərlə əlaqədar məhkəmənin iclası bir neçə dəfə təxirə salınıb. Virusun avqustda baş verən son yayılmasına baxmayaraq, məhkəmə iclasının daha təxirə salınmaması qərara alınıb. Məhkəmə dinləmələrində terror aktı zamanı xəsarət alanların və həlak olanların qohumlarının çıxışları gözlənilir. Onların sayının 60-dan çox olduğu bildirilir.

Bu dinləmələrlə bağlı Kraystçörç məhkəməsinin binasında təhlükəsizlik tədbirləri gücləndirilib. Binaya gedən yollar hərbi polis tərəfindən bağlanıb.
Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed