Şrift:
İsfahan əyalətində koronavirusa yoluxan daha 184 nəfər xəstəxanalara yerləşdirilib
24.08.2020 [09:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, İsfahan əyalətinin Tibb Universitetinin sözçüsü Arəş Nəcimi avqustun 23-də mediaya açıqlamasında məlumat yayıb.


O bildirib ki, son bir gün ərzində İsfahan əyalətində 113 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb: “Hazırda isə ümimilikdə pandemiya xəstəliyinə yoluxan 915 nəfər əyalətin müxtəlif xəstəxanalarında müalicəsini davam etdirir və təəssüflər olsun ki, onlardan vəziyyəti ağır olan 171 nəfər əyalətin xüsusi rejimli xəstgəxanalarının reanimasiya şöbələrində saxlanılır” –deyə, İsfahan Tİbb Universitetinin sözçüsü Arəş Nəcimi bəyan edib.


Sözçü, İsfahan əyalətində bu günə qədər koronavirus infeksiyasından ölənlərin son statistikasını açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed