Şrift:
Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib
24.08.2020 [11:15] - Xəbərlər, Bildiriş
Cari ilin avqustun 28-dən sentyabrın 1-dək keçirilməsi nəzərdə tutulan müəllimlərin işə qəbulu imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Təhsil Nazirliyindən bildirilib ki, həmin tarixlərdə ingilis dili, alman dili və kimya fənləri üzrə növbəti test imtahanları keçiriləcək.

Müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş namizədlərə avqustun 24-dən etibarən apelyasiya müraciəti etmək imkanı yaradılır. İmtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində hər gün saat 20:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 2 gün ərzində apelyasiya müraciəti edə biləcəklər. Yeni tədris ili başlamazdan öncə namizədlərin apelyasiya müraciətlərinə baxılacaq.
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed