Şrift:
Tacikistan portalında Naxçıvan haqqında məqalə yerləşdirilib
25.08.2020 [10:00] - Xəbərlər, Türk dünyası-Turan
Tacikistanın faraj.tj portalında Naxçıvan haqqında tacik dilində məqalə yerləşdirilib.

Məqalədə Naxçıvanın qədim tarixi və müasir inkişafı haqqında məlumat yer alıb. Vurğulanır ki, bu diyar əsrlərdən bəri Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Naxçıvan ta qədimdən Şərqin ticarət, elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınıb, sənətkarlıq ənənələri ilə məşhur olub.

Məqalədə qədim dövrlərdən bu günədək Naxçıvanın dövlət quruluşu haqqında da oxuculara məlumat verilir. Vurğulanır ki, Naxçıvan dünya elminə və mədəniyyətinə tanınmış şəxsiyyətlər bəxş edən diyar kimi də ad çıxarıb. Atabəylər dövlətinin hökmdarı Şəmsəddin Eldəniz, memar Əcəmi Naxçıvani, yazıçı və dramaturq Hüseyn Cavid, yazıçı, ictimai xadim Cəlil Məmmədquluzadə, tanınmış hərb xadimi Cəmşid Naxçıvanski, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev və başqaları bu sıradadır.

Naxçıvan Muxtar Respublikasının ərazisi, əhalisi haqqında da söhbət açıldığı məqalədə bildirilir ki, respublikada 450 min adam yaşayır.

Materialda, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışılır, Naxçıvanın 30 ildir ki, Ermənistan tərəfdən blokadaya alındığı diqqətə çatdırılır.

Yazıda “Naxçıvan” toponimi də izah edilib.
Bu xəbər oxucular tərəfindən 498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed