Şrift:
İmtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı DİM-in saytında yerləşdirilib
25.08.2020 [10:30] - Xəbərlər, Bildiriş
I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün avqustun 20-21-də keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (PDF formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində >”DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı “> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
Bu xəbər oxucular tərəfindən 286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed