Şrift:
Milli Kitabxana “Xalq şairi Fikrət Qoca” adlı virtual sərgi təqdim edib
25.08.2020 [10:40] - Xəbərlər, Mədəniyyət
Bu gün Xalq şairi Fikrət Qocanın anadan olmasının 85 illiyi tamam olur. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən şairin həyat və fəaliyyətinə dair hazırlanan “Xalq şairi Fikrət Qoca” adlı virtual sərgi təqdim olunub.

Kitabxanadan bildirilib ki, virtual sərgidə şairin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, müəllifi, redaktoru, məsləhətçi, “Ön söz” müəllifi olduğu kitablar, haqqında yazılan kitab və məqalələr təqdim edilir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Fikret_Qoca/index.htm linkindən istifadə edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed