Şrift:
Abdulla bəy Divanbəyoğlunun kitabı Türkiyədə nəşr olunub
25.08.2020 [10:41] - Xəbərlər, Mədəniyyət
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi üzrə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Nazirlikdən bildirilib ki, layihə üzrə görkəmli nasir, pedaqoq Abdulla bəy Divanbəyoğlunun “Can yanğısı” povestinin nəşri başa çatdırılıb.

Abdulla bəy Divanbəyoğlu əsərləri ilə Azərbaycanda çağdaş təhsilin inkişafı və maarifçilik hərəkatına mühüm töhfələr vermiş bir addır. XX əsrin əvvəllərindəki dövrün mürəkkəb, sinfi ziddiyyətlərlə dolu səhnələri, Azərbaycan qadınının keçmiş acınacaqlı həyatı “Can yanğısı” povestinin əsas mövzusudur.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.
Bu xəbər oxucular tərəfindən 363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed