Şrift:
Yaponiya hökuməti koronavirusa yoluxan xəstələrin diskriminasiyasının qarşısının alınmasına çalışır
26.08.2020 [09:40] - Gündəm, Sosial
Yaponiyanın Təhsil Nazirliyi koronavirusa yoluxmuş xəstələrin diskriminasiyanın qarşısının alınması ilə əlaqədar tədbirlər görməyə başlay

Yerli KİV-lər xəbər verir ki, bu məqsədlə Təhsil Nazirliyi bütün ölkə üzrə təhsil şöbələrinə və əlaqədar təşkilatlara xüsusi məktub göndərib.

Məktubda bütün məktəblilərdən və tələbələrdən virusa yoluxmuş və ya həmin xəstəliyin simptomları olan insanlara diqqətli olmaq, onları dəstəkləmək xahiş olunur.

Sənəd, həmçinin müəllimləri şagirdlərə qeyri-dəqiq və yalan informasiyalara ehtiyatla yanaşmağı, yalnız dəqiq elmi məlumatlar əsasında hərəkət etməyi tövsiyə etməyə çağırır.

Bildirilir ki, bu addım bir sıra xəstələrə və onların ailə üzvlərinə cəmiyyət tərəfindən göstərilən qərəzli münasibət barədə məlumatların yayılmasından sonra atılıb. Eyni zamanda, klasterlərin əmələ gəldiyi bir sıra məktəblər də həmin qərəzli münasibətin hədəfinə çevrilib.

Nazirlik, həmçinin belə diskriminasiyanın yaşandığı ərazilərdəki qaynaq xətt xidmətlərinə də bu barədə informasiya göndərib. Bununla bərabər, nazirlik tərəfindən həmin təhlükəli tendensiyanın qarşısını almaq üçün xüsusi videoçarxların hazırlandığı da bildirilir.
Bu xəbər oxucular tərəfindən 256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed