Şrift:
Təbrizdə 2 fəhlə torpaq uçqunu altında qalaraq ölü
26.08.2020 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycanın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Vəhid Şadiniyanın verdiyi məlumata əsasən, hadisə dünən Təbrizin Barış məhəlləsində baş verib.



Fəhlələr yerin 4 metr dərinliyində işlədiyi zaman qeyri-standart qazıntı nəticəsində qəflətən ərazidə torpaq uçqunu baş verib. Torpağın altında köməksiz vəziyyətdə qalan 2 fəhləni bir müddət sonra çıxarmaq mümkün olub.



Şadiniyanın dediyinə görə, torpağın altından çıxarılan fəhlələrə ürək masajı və süni tənəffüs verilib, ancaq onların həyatını xilas etmək mümkün olmayıb.
Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed