Şrift:
Türkiyədə COVID-19-un yayılması riski səbəbindən bəzi kütləvi tədbirlər qadağan edilib
26.08.2020 [14:47] - Xəbərlər, Sosial
Türkiyədə koronavirusun yayılmasına qarşı aparılan çoxistiqamətli mübarizə tədbirləri çərçivəsində bəzi vilayətlər üzrə xüsusi karantin qaydaları müəyyənləşdirilib.

Türkiyənin Daxili İşlər Nazirliyi xəbər verir ki, avqustun 16-dan etibarən Ankara, Adana, Ağrı, Bursa, Çorum, Diyarbəkir, Ərzurum, Qaziantep, Kayseri, Konya, Mardin, Şanlı Urfa, Van və Yozqat olmaqla 14 vilayətdə sünnət, nişan və xınayaxdı mərasimlərinin keçirilməsinə icazə verilməyəcək. Toy mərasimləri bir saat olacaq. Gəlin və bəyin birinci və ikinci nəsildən olan doğmaları istisna olmaqla 65 yaşdan yuxarı və 15 yaşdan aşağı təbəqənin təmsilçilərinə toyda iştirak qadağan ediləcək. Rəqslərə, açıq şəkildə yeməklərdən istifadəyə icazə verilməyəcək. Bu qaydaları pozanlar cərimə ediləcəklər.

Qeyd edək ki, avqustun 25-də Türkiyədə 98 min 231 nəfər testdən keçirilib. Onlardan 1502 nəfəri xəstə çıxıb. Bu göstərici iki gün əvvəlki vəziyyətlə müqayisədə 285 nəfər çoxdur. Sutka ərzində ölkə üzrə 887 nəfər sağalıb, 24 nəfər ölüb.

Ekspertlər hesab edirlər ki, kütləvi tədbirlər, xüsusilə də rəqs və yallı olan mərasimlər infeksiyanın geniş yayılmasına səbəb olur.
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed