Şrift:
Naxçıvan şəhəri payız-qış mövsümünə hazırlaşır
26.08.2020 [15:28] - Xəbərlər, Sosial
Növbəti payız-qış mövsümünə hazırlıqla əlaqədar Naxçıvan şəhərində yerləşən mərkəzləşdirilmiş və fərdi qazanxanalara fasiləsiz iş rejiminin təmin olunması məqsədilə texniki baxış keçirilib, elektrik, təbii qaz, içməli su və istilik xətləri təmir olunub.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qazanxanaların istiliklə təmin etdikləri inzibati və yaşayış binalarını birləşdirən magistral xətlərə və binaların zirzəmilərində olan paylayıcı istilik xətlərinə də baxış keçirilib, 21 nömrəli mərkəzləşdirilmiş qazanxananın istiliklə təmin etdiyi Zəroş Həmzəyeva küçəsi 1 və 2 nömrəli, “İstiqlal” küçəsi 105, 111, 113 nömrəli, Şadlinski məhəlləsi 1 və 2 nömrəli yaşayış binalarını birləşdirən istismara yararsız dəmir boru xətləri plastik boru xətləri ilə əvəz edilib.

Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün də müvafiq tədbirlər görülüb, 10 və 0,4 kilovoltluq elektrik hava xətlərində və paylayıcı güc transformator yarımstansiyalarında cari və əsaslı təmir işləri aparılıb, yeni paylayıcı güc yarımstansiyaları quraşdırılıb. Aparılan abadlıq-quruculuq işləri zamanı “İstiqlal” küçəsində bir ədəd binatipli gücləri 630 kilovat-amper və 250 kilovat-amper olan transformator yarımstansiyası, Xətai məhəlləsində 1 ədəd gücü 250 kilovat-amper olan qapalı yarımstansiya quraşdırılıb. Elektrik hava xətlərinin yeraltı kabellərlə əvəz olunması istiqamətində də işlər davam etdirilib, Xətai məhəlləsində və “İstiqlal” küçəsində 16 min 100 metr 10 və 0,4 kilovoltluq elektrik hava xətti yeraltı kabellə əvəz olunub. Qazanxanaların elektrik enerjisi ilə fasiləsiz təchizatı üçün 50, 100, 150 kilovat gücündə 3 daşına bilən generator texniki baxışdan keçirilərək hazır vəziyyətə gətirilib
Bu xəbər oxucular tərəfindən 219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed