Şrift:
Azərbaycan XİN rəhbəri: Beynəlxalq ictimaiyyət danışıqlar prosesinə xələl gətirən bütün hərəkətləri və bəyanatları pisləməlidir
26.08.2020 [16:10] - Xəbərlər, Siyasət
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində Azərbaycanın konstruktiv mövqeyini vurğulamaq istərdim. Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, Azərbaycan danışıqlar prosesində iştirak etməkdə davam edir.

Bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirilən mətbuat konfransında söyləyib.

Azərbaycanın münaqişənin siyasi yolla həlinin tərəfdarı olduğunu vurğulayan nazir deyib ki, münaqişənin həlli ilə bağlı kifayət qədər hüquqi baza mövcuddur. Münaqişənin dinc yolla həlli Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasına əsaslanmalıdır.

Ceyhun Bayramov qeyd edib ki, danışıqlar beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlərə, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə və digər beynəlxalq təşkilatlar tərəfindən son illərdə qəbul olunan bir sıra sənədlərə uyğun aparılmalıdır. Bu nöqteyi-nəzərdən biz danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıyıq, lakin danışıqlar konkret məsələlər ətrafında aparılmalıdır. Danışıqlar prosesi substantiv olmalıdır, bu prosesin imitasiyası olmamalıdır. Danışıqlar prosesinə xələl gətirən bütün hərəkətlər və bəyanatlar beynəlxalq ictimaiyyət, ilk növbədə, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən pislənməlidir. Substantiv danışıqların davam etməsi üçün dünya birliyi, Minsk qrupunun həmsədr ölkələri Ermənistana təsir göstərməlidir ki, konstruktiv mövqe tutsun.
Bu xəbər oxucular tərəfindən 205 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed