Şrift:
ICESCO və Dünya Su Şurasının virtual seminarında su təhlükəsizliyi məsələləri müzakirə edilib
27.08.2020 [10:15] - Xəbərlər, İqtisadiyyat
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Dünya Su Şurası (WWC) ilə birgə keçirdiyi virtual seminarda su təhlükəsizliyi məsələləri müzakirə edilib.

2021-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək IX Dünya Su Forumuna hazırlıq çərçivəsində təşkil edilən tədbirdə əsas müzakirə mövzusu su ehtiyatlarının idarə edilməsi üzrə strateji fəaliyyət proqramının müddəaları olub.

ICESCO-nun baş direktoru Salim Malik və Dünya Su Şurasının prezidenti Lui Fuşon çıxışlarında bildiriblər ki, iqlim dəyişiklikləri fonunda dünya su ehtiyatlarının idarə edilməsi müasir texnologiyalar vasitəsilə həyata keçirilməlidir. Qlobal istiləşmə şirin su mənbələrinin azalmasına səbəb olur. Planetimizin bir çox yerlərində, xüsusən Afrikada quraqlıq ərzaq qıtlığı yaradır. Bu baxımdan İslam ölkələrinin donor dəstəyi böyük əhəmiyyətə malikdir.

Müzakirələrin sonunda ikitərəfli əməkdaşlığa dair razılıq əldə olunub. Qeyd edilib ki, bu il iyulun 27-də “İslam dünyasında sülh və inkişaf naminə su təhlükəsizliyi” mövzusunda keçirilən virtual müzakirələr bu sahədə atılan mühüm addımdır. Tərəflər bildiriblər ki, ICESCO və WWC Dünya Su Forumunun təşkili məsələsində Seneqal hökumətinə dəstək göstərəcəklər.

ICESCO və WWC, həmçinin fəaliyyət planını həyata keçirmək üçün birgə komissiya yaradılması barədə qərar qəbul ediblər. Planda su çatışmazlığından əziyyət çəkən ölkələrin, xüsusən Afrika qitəsinin əhalisinin içməli su ilə təchiz edilməsi tədbirləri nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed