Şrift:
Hindistanda COVID-19-a yoluxmada ən pis göstərici qeydə alınıb
27.08.2020 [10:38] - Gündəm, Sosial
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 75 min 760 yoluxma qeydə alınıb. Bu rəqəm COVID-19 infeksiyası Hindistanda yayılmağa başlayandan bəri gündəlik ən yüksək göstəricidir.

Hindistanın Federal Səhiyyə Nazirliyi xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 3 milyon 310 min 234 nəfərə çatıb. Ötən sutka ərzində ölkədə COVID-19 səbəbindən 1023 ölüm baş verib. Bununla Hindistanda pandemiya qurbanlarının sayı 60 mini ötüb.

Nazirlik hazırda 725 min xəstənin müalicə aldığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ və Braziliyanın ardından üçüncü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.
Bu xəbər oxucular tərəfindən 106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed