Şrift:
Qərbi Azərbaycanda 5 min dərs otağının yenidənqurmaya ehtiyacı var
27.08.2020 [14:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Valinin abadlaşdırma işləri üzrə müavini Aydın Rəhmani bildirib ki, əyalətdə fəaliyyət göstərən 5 min 500 məktəbin 24 min dərs otağı var.



“Ölkədə hər şagirdin təhsil alması üçün məktəb və həyətindən ibarət müəyyən ərazi nəzərdə tutulur. Bu rəqəm ölkədə orta hesabla 5.18, Qərbi Azərbaycanda isə 4.5 kvadratmetrdən ibarətdir” deyə o bildirib.



Rəhmani əlavə edib ki, təmirə ehtiyacı olan 4 min 550 dərs otağından əlavə ölkənin orta hesabına çatmaq üçün əyalətdə 5 min yeni dərs otağının tikilməsinə ehtiyac var.



Vali müavini artırıb ki, hazırda əyalətin müxtəlif bölgələrində 2 min 405 dərs otağı inşa edilməkdədir.



İranın digər rəsmiləri kimi Rəhmani də hökumətin məktəblərin tikilməsi və bərpasındakı öhdəliklərinə toxunmadan problemlərin həlli üçün xeyriyyəçilərin işə cəlb olunmasının zəruri olduğunu vurğulayıb.



Qeyd edək ki, Güney Azərbaycanın digər əyalətlərində də təhsil ocaqları binaları yetərsiz, köhnə və bərbad vəziyyətdədir. Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaitini gözləmədiklərini diqqətə çatdırıblar.



Şərqi Azərbaycan Məktəblərin Təchizatının Təmin Edilməsi və Yenidənqurma İşləri İdarəsinin rəis müavini Məhəmməd Nəcəfinin sözlərinə görə, dövlətin təhsil ocaqlarının tikintisi üçün ayırdığı vəsaitin yetərsizdir.



Şərqi Azərbaycan əyalətinin təhsil rəsmilərinin dediyinə əsasən, bu əyalətdə 24 min dərs otağından yalnız 10 mini normal vəziyyətdədir. 7 minində təmir-bərpa işlərinə ehtiyac var, 7 mini isə sökülərək yenidən tikilməlidir.



Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemləri demək olar ki, bölgədə xeyriyyəçilik ənənəsinə yaşadan soydaşlarımız tərəfindən çözülür.
Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed