Şrift:
Çinin patrul gəmiləri mübahisəli Senkaku adaları ərazisinə daxil olub
28.08.2020 [10:09] - Gündəm, Sosial
Avqustun 28-də Çinin iki patrul gəmisi Tokio ilə Pekin arasında ərazi mübahisəsinə səbəb olan Senkaku (Dyaoyuydao) adaları ətrafındakı sulara daxil olub.

Bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb. Bildirilir ki, hadisə ilə əlaqədar Yaponiya Baş Nazirinin dəftərxanası yanında informasiyanın qəbulu və təhlili üzrə böhran qərargahı işə başlayıb.

Qeyd edək ki, Yaponiya və Çin arasında Senkaku adaları ilə bağlı mübahisə 2012-ci ildə rəsmi Tokio bu adaları özəl sahibkardan aldıqdan sonra kəskinləşib. Bundan sonra Çində Yaponiya əleyhinə kütləvi aksiyalar keçirilib.

Həmin vaxtdan Çin gəmiləri daim mübahisəli adalar ətrafında hərəkət edir və nümayişkaranə surətdə əraziyə daxil olur.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed