Şrift:
Yaponiya hökuməti bütün əhalini koronavirusa qarşı peyvəndlə təmin edəcək
28.08.2020 [10:20] - Xəbərlər, Sağlıq
Yaponiya hökuməti ölkədə yaşayan bütün sakinləri COVID-19 virusuna qarşı peyvəndlə təmin etməyi planlaşdırır.

“Yomiuri shimbun” qəzeti xəbər verir ki, bunun 2021-ci ilin ortalarınadək başa çatdırılması nəzərdə tutulur.

Qeyd edilir ki, bu, koronavirusun yayılmasına qarşı hökumətin hazırladığı yeni tədbirlər paketinə daxil ediləcək. Baş Nazir Şinzo Abenin cümə gününə planlaşdırılan mətbuat konfransı zamanı bu barədə məlumat verəcəyi bildirilir.

Yaponiya hökuməti Böyük Britaniya-İsveç birgə müəssisəsi olan “AstraZeneca” və ABŞ-ın “Pfizer” şirkətləri ilə 120 milyon doza peyvəndin tədarükü barədə müqavilə imzalayıb. Bununla yanaşı, daha beş şirkətlə həmin istiqamətdə danışıqlar aparılır.

Bundan əlavə, Yaponiyada ölkənin öz şirkətləri tərəfindən də peyvəndin hazırlanması ilə bağlı sınaqlar keçirilir. Lakin onların bazara çıxışının əcnəbi həmkarlarından sonra baş tutacağı və miqdarının kifayət qədər olmayacağı qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 588 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed