Şrift:
İrəc Hərirçi: “Koronavirusa yoluxan hər şəxs 1 ay ərzində 430 nəfəri xəstəliyə yoluxdura bilər”
28.08.2020 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O deyib ki, həftə sonu tətillərində 2 milyondan çox insnın səyahətə çıxması və ya şəxsi avtomobilləri ilə digər şəhərlərə səfər etməsi “Covid-19” infeksiyasının daha geniş yayılmasına gətirə, ölkədə təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər: “Əgər koronavirusa yoluxmuş hər şəxs, xəstəliyin nəzarətdə saxlanılması üçün edilən tövsiyələrə əməl etməsə və ya maska taxmayıb gigiyena qaydalarına riayət etməsə, 1 ay ərzində ən azı 430 nəfəri virusa yoluxdura bilər.


Təəssüflər olsun ki, koronavirusa yoluxnların 10%-i xəstəlikdən vəfat edirlər. Hazırda isə rəsmi statistikaya görə, ölkədə bu virusa yoluxanlardan 21 mindən çoxu öz həyatını itirib.


Yayda isə həftə sonu tətillərdə səfərlərin artmasını nəzərə alaraq, qarşıdan gələn həftələrdə pandemiya xəstəliyinə yoluxanların və bununla bağlı ölüm hallarının daha da artacağı pronozlaşdırılır” –deyə, İran səhiyyə nazirinin müavini İrəc Hərirçi əlavə edib.
Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed