Şrift:
Lukaşenko Polşanın Belarusun Qrodno vilayətini ilhaq etmək istədiyini bəyan edib
28.08.2020 [10:32] - Xəbərlər, Siyasət
RİA Novosti-yaydığı xəbərə görə, Prezident Lukaşenko bu planın baş tuta bilməyəcəyinə əminliyini bildirib.


"Siz artıq Belarus parçalanarsa, Qrodno vilayətinin Polşaya gedəcəyi barədə açıqlamalar eşidirsiniz. Onlar bunu açıq şəkildə deyirlər. Onlar buna müvəffəq ola bilməyəcəklər, bunu mən dəqiq bilirəm", -deyə Lukaşenko bildirib.


O əlavə edib ki, ölkə indi bəzi hərbi hissələrini yerləşdirdiyi qərb sərhədlərindəki vəziyyəti sabitləşdirmək üçün külli miqdarda pul xərcləməyə məcburdur.


Belarus Prezidenti həmçinin bəzi "narahat qonşular"ın Belarusun daxili işlərinə qarışdığını və dövlətə təzyiq göstərdiyini də bildirib.
Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed