Şrift:
Bu gün “Xəzərin dalğaları” Beynəlxalq Suluboya Festivalı çərçivəsində növbəti usat dərsi keçiriləcək
28.08.2020 [11:05] - Xəbərlər, Bildiriş
“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalı bu gün saat 12:00-da ustad dərsləri keçiriləcək.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, dərslər “Zoom” proqramı üzərindən rəssam Fəxrəddin Qəhrəmanlının rəhbərliyi ilə aparılacaq.

Sənətsevərlər dərsləri Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (facebook, instagram) hesabları vasitəsilə də izləyə bilərlər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalına start verilib.

Festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilir.
Bu xəbər oxucular tərəfindən 1218 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed