Şrift:
Təbrizdə məktəblər tətil oldu
08.11.2012 [12:19] - Güney Azərbaycan xəbərləri
Vərziğanda 5.1 bal gücündə baş verən zəlzələdən sonra Təbrizin bəzi məktəb və digər təhsil ocaqları tətil edilib.

Bu zəlzələ Ərəsbaran zəlzələsindən sonra məktəbliləri bir daha şoka salıb və onların qorxusuna səbəb olub.

Məktəblilər zəlzələdən sonra məktəblərin həyətinə çıxıb və açıq havaya pənah gətiriblər. Bəzi məktəblərin məsulları isə yeraltı təkanlarının davam edəcəyi ehtimalını nəzərə alaraq məktəblərdə tətil elan ediblər.

Təbriz şəhərinin bəzi xiyabanlarında tıxac olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 955 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed