Şrift:
Gürcüstanda parlament seçkiləri ilə əlaqədar 3657 seçki məntəqəsi yaradılacaq
02.09.2020 [09:54] - Xəbərlər, Siyasət
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçiriləcək parlament seçkilərinə ciddi hazırlaşır. Bütün seçicilərin səsvermədə azad, təhlükəsiz və demokratik iştirakını təmin etmək üçün ölkə üzrə 3 min 657 seçki məntəqəsi yaradılacaq.

Bu barədə MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.

Onun sözlərinə görə, MSK seçkiyə qatılan partiyalarla məsləhətləşmələr aparır. Pandemiya halında seçki komissiyalarının fəaliyyəti üçün lazımi sanitariya-gigiyena tələbləri təmin olunmalıdır ki, bu da seçki dairəsi işçilərinə və seçkilərdə iştirak edən partiyalara şamil ediləcək.

MSK-nın sentyabrın 1-də keçirilən iclasında Gürcüstan Silahlı Qüvvələrinin Əfqanıstanda yerləşən sülhməramlı taborunda xidmət edən gürcü hərbiçilər üçün Baqrami və Məzari-Şərifdə də seçki məntəqələrinin yaradılması barədə qərar qəbul edilib.

MSK rəsmisi deyib ki, bu günə qədər seçkilərdə iştirak etmək üçün 59 siyasi partiya qeydiyyatdan keçib.

“Qeydiyyatdan keçə bilməyən digər partiyalar seçkilərdə iştirak etmək üçün sentyabrın 4-dən gec olmayaraq MSK sədrinə müraciət etməlidirlər”, - deyə, Mikeladze vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 351 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed