Şrift:
Urmiya gölünə səfər qadağan edilib
02.09.2020 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi idarəsinin rəisi Muxtar Xani məlumat verib.



Onun sözlərinə görə, keçən aydan etibarən tətbiq olunan məhdudiyyət qərarı Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahı tərəfindən verilib.



Xani əlavə edib ki, eyni məhdudiyyət Şərqi Azərbaycan əyalətində də tətbiq olunacaq.



Bu bir haldadır ki, həkimlərin xəbərdarlığına baxmayaraq İran hökumətinin təşəbbüsü və təşviqi ilə müxtəlif şəhərlərdə Məhərrəmlik yas mərasimləri keçirilib.



Keçən ay bir sıra iranlı həkim və tibb işçisi şiə mollalara açıq məktub ünvanlayaraq Məhərrəm ayında yas mərasimlərinin keçirilməsinin yüzlərlə insanın ölümü ilə nəticələnəcəyi barədə xəbərdarlıq etmişdi.
Bu xəbər oxucular tərəfindən 1120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed