Şrift:
Hindistanda son sutka ərzində koronavirusa rekord sayda – 87 mindən çox yoluxma halı qeydə alınıb
05.09.2020 [12:15] - Gündəm, Sosial
Sentyabrın 4-də dünyada COVID-19 infeksiyasına ən çox yoluxma halı Hindistanda qeydə alınıb.

Pandemiyanın statistikasını aparan Worldometer saytı xəbər verir ki, son sutka ərzində koronavirus infeksiyasının yeni episentrinə çevrilən Hindistanda 87 min 115 nəfər COVID-19 xəstəliyinə yoluxub. Bu, həm də ölkədə koronavirusa rekord sutkalıq yoluxma halıdır.

Həmçinin ötən sutka ərzində Hindistanda 1066 nəfər COVID-19 xəstəliyi səbəbindən dünyasını dəyişib.

Saytın son məlumatına əsasən, indiyə qədər ölkədə 4 milyon 20 min 239 yoluxma halı qeydə alınıb, xəstəlik səbəbindən ölənlərin sayı isə 69 min 635 nəfərə çatıb.

Hindistan həm COVID-19 infeksiyasına yoluxanların, həm də ölənlərin sayına görə ABŞ və Braziliyadan sonra üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed