Şrift:
Ermənistanda virusa yoluxanların sayı 44 min 649-a çatıb
05.09.2020 [12:16] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda COVID-19 virusuna yoluxma halları artmaqda davam edir.

Son 2 saat ərzində ölkədə daha 188 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 44 min 649-a, pandemiya qurbanlarının sayı isə daha 4 nəfər artaraq 895-ə çatıb.

Digər səbəblərdən dünyasını dəyişən koronavirus xəstələrinin sayı isə 275 nəfər təşkil edir.

Hazırda Ermənistanda 3 min 656 aktiv koronavirus xəstəsi var.
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed