Şrift:
Berlin bütün İspaniyanı və Xorvatiyanın bir sıra rayonlarını “risk zonası” elan edib
05.09.2020 [12:38] - Gündəm, Sosial
Almaniyanın federal hökuməti İspaniyanın bütün ərazisini yüksək riskli yoluxma zonası elan edib.

Həmin qərar bu Pireney ölkəsində yoluxanların sayının birdən-birə artması səbəbindən qəbul edilib. Daha əvvəl materik hissəyə səfərlər barədə xəbərdarlıq qüvvədə idi. Balear və Kanar adaları səfərlər üçün qadağa qoyulmuş regionların siyahısına daxil deyildi. İndi isə vəziyyət pisləşib və İspaniyanı almanlar üçün qadağa qoyulmuş ölkə elan etmək qərara alınıb.

Xorvatiyadakı Zadar dairəsi də analoji zona elan edilib. Bundan əvvəl Almaniya XİN Xorvatiyanın Şibenik-Knin, Split-Dalmasiya regionlarına, Braç və Xvar adalarına səfərlər barədə xəbərdarlıq dərc edib.

Yüksək yoluxma riskinə malik zonalardan qayıdan turistlər mütləq şəkildə testdən keçməli və mənfi reaksiya təsdiqlənənədək karantində olmalıdırlar.
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed