Şrift:
Marağada daha 1 həkim-mütəxəssis koronavirusdan ölüb
05.09.2020 [12:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata əsasən, Marağa xəstəxanasında çalışan və “Covid-19” infeksiyasına yoluxan xəstələri müalicə edərkən özü də virusa yoluxan həkim-anestezioloq (bihuşluq mütəxəssisi) Yusif Rəhbəri sentyabrın 4-də müalicə aldığı xəstəxananın reanimasiya şöbəsində keçinib.


Həkim-mütəxxisin koronavirusa konkret necə və nə zaman yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.


Təbriz Tibb Universitetinin rektoru Məhəmmədhüseyn Somi bəyanat yayaraq, mərhum həkim-mütəxəssisin “Covid-19”a tutulan xəstələrə xidmətini yüksək qiymətləndirərək, onun ailə üzvlərinə və həmkarlarına başsağlığı verib.
Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed