Şrift:
Mövlud Cavuşoğlu: “Yunanıstan haqsız olduğu üçün Türkiyə ilə dialoqa gəlmir”
05.09.2020 [13:03] - Xəbərlər, Siyasət
Türkiyənin Xarici İşlər Naziri Mövlud Cavuşoğlu TRT-də jurnalistlərin sualların cavablandırarkən deyib.


Cavuşoğlu hazırda Avropa İttifaqına rəhbərlik edən alman kansler Angela Merkelin, Almaniya Xarici İşlər Naziri Hayko Maas və Aİ-niın Xarici siyasət, Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borellin Şərqi Aralıq dənizindəki gərginliyi aradan qaldırmaq üçün xoşniyyətli cəhdlərinin də faydası olmadığını vurğulayıb: “Anlaşılmayan mövzular yalnız danışıqlar yolu ilə anlaşılar, Yunanıstan haqsız olduğu üçün dialoqdan qaçır”.


M. Cavuşoğlu Yunanıstanı Türkiyə əleyhinə yönəldən ölkələrdən birinin Fransa olduğunu qeyd edib.


Nazir bildirib ki, buna səbəb Türkiyənin Suriyanın şimal şərqində “Barış bulağı” hərəkatına başlamaqla Fransanın bölgədə terror dövləti yaratmaq planını pozması olub: “Məgər biz terrorla mübarizə aparmaq üçün Fransadan icazə almalıydıq? Daha sonra Fransa Liviyada terrorçu Haftarı dəstəklədi. Bu ölkənin Şərqi Aralıq dənizində nə işi var, burda da ortalığı qarışdırır. Fransaya tövsiyəmiz budur ki, isterik davranışlarına son qoysun və bizimlə əməkdaşlığa gəlsin”.
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed