Şrift:
Gülüstan əyalətində zəlzələ baş verib, yaralananlar var
07.09.2020 [15:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İranın Qızıl Aypara Cəmiyyəti yeraltı təkanların bu gün axşam saatlarında qeydə alındığını bəyan edib.


Bildirilir ki, Ramyan bölgəsində baş vermiş zəlzələ nəticəsində bu ana qədər olan statistikaya əsasən, azı 35 nəfər xəsarət alıb. Onlardan əksəriyyəti amblator (sərpayi) müalicə edilib.


Yeraltı təkan nəticəsində Gurçay və Veyru kəndlərində 50-dən çox evə ciddi xəsarət dəyib. Onların arasında bəzi evləri tamamilə uçduğu deyilir. Ən çox dağıntı Gurçay kəndində qeydə alınıb.


Zəlzələ nəticəsində dağ uçqunu olduğu və nəticədə bir neçə kəndlə əlaqələrin kəsilməsi də yayılan məlumatlar içərisindədir.
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed