Şrift:
Yaponiyada “Haishen” tufanı nəticəsində 2 nəfər həyatını itirib, 100-dən çox xəsarət alan var
08.09.2020 [10:36] - Xəbərlər, Hadisə
Sentyabrın 7-dən 8-nə keçən gecə “Haishen” tufanı nəticəsində Yaponiyada iki nəfər həyatını itirib, 100-dən çox xəsarət alan var. Daha dörd nəfərin itkin düşdüyü bildirilir.

Yaponiya KİV-ləri xəbər verir ki, hazırda tufanın nəticələrinin aradan qaldırılması işləri davam edir. Bildirilir ki, “Haishen” tufanının keçdiyi Kyuşü adasının cənub-qərbində və Hönşü adasında yerləşən Yamaquçi prefekturasında 77 minədək ev elektrik enerjisiz qalıb.

Qeyd edək ki, tufanın keçdiyi ərazilərdə ümumiyyətlə 440 mindən çox evə elektrik enerjisi verilişinin kəsildiyi bildirilirdi.

Hazırda Kyuşü adasında dəmir yolu nəqliyyatının hərəkətinin tam bərpa edildiyi, sürətli avtomagistrallardakı sədlərin götürüldüyü qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed