Şrift:
İran İslam Respublikası Rusiyanın silahlarını Ermənistana daşıyır
08.09.2020 [11:08] - Xəbərlər, Hərb
GünAz TV-nin əldə etdiyi məlumatlara əsasən, həmin hərbi ləvazimatlar Rusiyadan təyyarə vasitəsilə Ermənistana daşınması üçün İrana göndərib.


Yayılan fotolar göstərir ki, İran rejimi hər zamankı xislətinə sadiq qalaraq, silah-sursat və hərbi texnikanı Nurduz sərhəd buraxılış məntəqəsi vasitəsilə Ermənistana göndərib.



Daha çox baxın:

* İran işğal altında olan Qarabağa yanacaq göndərməyə davam edir- VİDEO


Bu gün İranın Azərbaycan Respublikasındakı səfirliyi də yayılan məlumatlara münasibət bildirib. Səfirliyin yaydığı bəyanatda fakt İran rəsmilərinin və elə səfirliyinin özünün hər zaman olduğu kimi, bu dəfə də ortada olan sübutlara rəğmən, heç bir əsası olmayan sözlərilə inkar edilir.


Qeyd edək ki, cari ilin aprel ayında İranın Azərbaycana qarşı olan saysız-hesabsız xəyanətlərindən birini ifşa edən daha bir video yayılmışdı. Həmin görüntülərdə işğal altında olan Qarabağda qeyri- qanuni məskunlaşan erməni buraya yanacaq gətirmiş İranın yük avtomobillərini lentə alaraq, onların Qarabağda koronavirus yaymasından şikayətlənirdi.
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed