Şrift:
Əfqanıstanın Birinci vitse-prezidenti Əmrullah Saleh silahlı hücum nəticəsində xəsarət alıb
09.09.2020 [10:50] - Xəbərlər, Siyasət
Əfqanıstan İslam Respublikasının Birinci vitse-prezidenti Əmrullah Salehin xidməti avtomobilinə paytaxt Kabildə silahlı hücum olub.

Anadolu agentliyi xəbər verir ki, bombalı hücum nəticəsində Birinci vitse-prezident əlindən xəsarət alıb. Bundan başqa, ilkin məlumatlara görə 2 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Əmrullah Saleh sosial media hesabındakı paylaşımında “hadisə nəticəsində əlindən yaralandığını, lakin belə hücumların onun mübarizəsinə mane olmayacağını” açıqlayıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen mətbuata açıqlamasında hücumun Əmrullah Salehin xidməti avtomobilinin Kabil şəhərinin Taimani bölgəsindən keçdiyi vaxt törədildiyini bildirib.

Terror aktı ilə bağlı məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Bu xəbər oxucular tərəfindən 141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed