Şrift:
Azərbaycanda koronavirusa yoluxma hallarının 50 faizindən çoxu paytaxtda qeydə alınıb
09.09.2020 [10:56] - Xəbərlər, Sosial
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

Koronavirusinfo.az saytı xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 56,2 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 15,6, Aran rayonlarında 10,3, Gəncə-Qazax bölgəsində 6,4, Lənkəranda 4,3, Quba-Xaçmazda 2, Şəki-Zaqatalada 1,7, Dağlıq Şirvanda 1,6, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxal olunma halı 0,7 faizdir.
Bu xəbər oxucular tərəfindən 119 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed