Şrift:
Moldovada COVID-19 xəstələrinin sayı artıb
09.09.2020 [10:59] - Gündəm, Sosial
Ötən gün Moldova ərazisində 501 COVID-19-a yeni yoluxma faktı qeydə alınıb ki, bu da keçən günlərin yoluxma göstəricilərini nəzərə alaraq, (sentyabrın 7-si gün ərzində 258 hal, sentyabrın 6-sı - 324 hal) ölkədə xəstələrin gündəlik kəskin artımını təsdiqləyir.

Moldovanın Səhiyyə Nazirliyi xəbər verir ki, ölkə ərazisində qeydə alınmış COVID-19-a yoluxma hallarının ümumi sayı 40 min 556-ya çatıb.

COVID-19 diaqnozu qoyulanlardan 23-ü səhiyyə sistemində çalışır ki, onlardan da 9-u həkimdir.

Ölkədə koronavirusdan sağalanların sayı 2862, ölənlərin sayı isə 1087 nəfərdir.
Bu xəbər oxucular tərəfindən 119 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed