Şrift:
Kərəc və Abyek şəhərlərinin türkcə adlarının dəyişdirilməsi ilə bağlı sənəd
09.09.2020 [12:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sənəddə nazirliyin sərəncamı ilə Qışlaq adının Abyekə, Yengi İmam məntəqəsinin adının Kərəcə, Qəsri-Qacariyyənin isə Bisimə dəyişdirilməsi əks olunub.



Rza Pəhləvi rejiminin dövrünə aid sərəncamda bütün dövlət işçilərinin yazışmalarında yeni adlardan istifadə etmələri əmr edilib.



İranda Pəhləvi dövründə Azərbaycan türklərinə qarşı başlayan assimilyasiya siyasəti İslam Cümhuriyyəti dövründə daha da geniş vüsət alıb. Coğrafi adların fars sözləri ilə dəyişdirilməsi faktlarına Güney Azərbaycanın bütün şəhər və kəndlərində rast gəlinir.
Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed