Şrift:
Azərbaycanın yeraltı sərvətlərinin talanmasına etirazlar davam edir
10.09.2020 [13:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın Tikantəpə (Təkab) vilayətinin Oğulbəy kəndinin əhalisi travertən mədənindən çıxarılan daşın üzərinə “oyan qardaş talandı yurdumuz, havar!” şüarı yazaraq bu məntəqənin mədənlərinin talanmasına diqqət çəkiblər.



Neçə gün əvvəl də bir qrup Tikabtəpə sakini qızıl mədənlərinin yerli olmayan farsdillilər tərəfindən talan edilməsinə və məntəqənin ətraf mühitinə dəyən ciddi ziyana göz yumulmasına qarşı etiraz aksiyası keçiriblər.





Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir. Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.



Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.



Tikantəpədə fəaliyyət göstərən mədənlərin qeyri-standart fəaliyyəti həmçinin məntəqənin ətraf mühitinə və kənd təsərrüfatı torpaqlarına ciddi ziyan vurmaqla bərabər kəndlərdə yaşayan yerli əhalini başqa yerlərə, xüsusilə Paytaxt Tehrana köçməyə məcbur edir.



Qeyd edək ki, bir müddət əvvəl Güney azərbaycanlı gənclər Azərbaycanın yeraltı sərvətlərinin İran rejimi tərəfindən talanmasına etiraz olaraq sosial şəbəkələrdə “Azərbaycan mədənlərinin talanmasına yox” kampaniyası başladıblar.



Sosial şəbəkə istifadəçiləri bütün azərbaycanlılardan, eləcə də mədəni fəallardan bu kampaniyaya qoşularaq aşağıdakı həştəqlər vasitəsilə mədənlərin talanmasına öz etirazlarını bildirmələrini istəyiblər:



Azərbaycan mədənlərinin talnmasına yox! ( #نه_به_غارت_معادن_آزربایجان)



Azərbaycan talandı, millət oyan amandı! (#آزربایجان_تالاندی / #میللت_اویان_آماندی )



#Stop_Looting_Azerbaijan's _Mineral_Resources
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed