Şrift:
İranın Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 995 nəfərə çatıb
10.09.2020 [13:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə sentyabrın 10-da məlumat yayan Əlbürz Tibb Universitetinin rektoru Məhəmməd Fəthi deyib ki, dünəndən bu günə qədər daha 62 nəfər koronavirus simptomları ilə xəstəxanalara yerləşdirilib: “Ölkədə “Covid-19” infeksiyası yayılmağa baladığı gündən indiyədək Əlbürz əyalətində 16 093 nəfər virusa yoluxma səbəbilə xəstəxanalara yerləşdirilib.


Hazırda isə virus daşıyıcısı olmaqda şübhəli bilinən 403 nəfər Əlbürz xəstəxanalarında müalicəsini davam etdirir və həmin xəstələrdən 164 nəfərinin qəti şəkildə “Covid-19”a yoluxması artıq müəyyən edilib.


Son 24 saat ərzində həmçinin virus daşıyıcısı olmaqda şübhəli bilindiyi üçün tibb mərkəzlərinə müraciət edən 467 nəfərə ambulator yardım göstərilib, 62 nəfər xəstəxanalara yerləşdirilib.


Təəssüflər olsun ki, ötən bir gündə daha 6 nəfər xəstgəlikdən vəfat edib və bununla da bu günə qədər Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 995 nəfərə çatıb” –deyə, Əlbürz Tibb Universitetinin rektoru Məhəmməd Fəthi əlavə edib.
Bu xəbər oxucular tərəfindən 98 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed