Şrift:
Şəhid general Polad Həşimovun xatirəsinə həsr olunan basketbol turnirinə yekun vurulub
10.09.2020 [13:20] - Xəbərlər, İdman
Qəbələdə şəhid general Polad Həşimovun xatirəsinə həsr olunan basketbol üzrə rayon turniri Mirzəbəyli kənd komandasının qələbəsi ilə başa çatıb. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun, həmçinin digər şəhidlərin xatirəsini anmaq, eləcə də komandaların idman ustalıqlarını artırmaq məqsədi daşıyıb.

İdarədən bildirilib ki, yarışa başlamazdan əvvəl torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Turnirin açılışında rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, şəhid general Polad Həşimovun keçdiyi şərəfli döyüş yolundan söz açıb.

Turnirin yekununda yarışın qalibinə, həmçinin ikinci və üçüncü yerləri tutmuş Qəbələ şəhər 5 saylı tam orta məktəbin və Qəbələ Olimpiya İdman Kompleksinin komandalarına rayon gənclər və idman idarəsinin kubok və diplomları təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 264 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed