Şrift:
“Qarabağ saatı” verilişi yayıma başladı
10.09.2020 [13:22] - Xəbərlər, Siyasət
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının və beynəlxalq ictimaiyyətin Qarabağ həqiqətləri ilə bağlı daha müfəssəl məlumatlandırılması üçün yeni TV layihələri həyata keçirir.

Bu silsilədən olan “Qarabağ saatı” verilişinin ilk buraxılışı yayımlanıb. Veriliş Dağlıq Qarabağ Muxtar Vilayətinin hansı məqsədlə yaradılması məsələsinə həsr olunub. Verilişdə xaricdə yaşayan azərbaycanlı gənclərin sualları cavablandırılıb.

Diaspor TV-də, komitənin sosial media resurslarında və “Qarabağ Azərbaycandır” milli platformasının “YouTube” kanalında yayımlanan proqram Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Qarabağ Araşdırmaları Mərkəzi ilə birgə hazırlanır. Tarixi fakt və sənədlərlə zəngin olan “Qarabağ saatı” verilişini siyasi elmlər doktoru, professor Elçin Əhmədov təqdim edir.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed