Şrift:
Slovakiya–Azərbaycan matçının başlanma vaxtı müəyyənləşib
10.09.2020 [13:29] - Gündəm, İdman
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Slovakiya–Azərbaycan matçının vaxtı müəyyənləşib.

AFFA-nın saytı xəbər verir ki, Nitra şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, millimiz 2-ci qrupda 6 xalla 4-cü pillədə qərarlaşıb. Slovakiya millisi eyni xalla beşincidir.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed