Şrift:
Bu gün rəssamlar üçün növbəti ustad dərsi təşkil olunaca
11.09.2020 [11:03] - Gündəm, Mədəniyyət
Bu gün “Xəzərin dalğaları” birinci Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində növbəti ustad dərsləri keçiriləcək.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, ustad dərsininin budəfəki qonağı rəssam İlham Məhərrəmoğlu olacaq.

Akvarelsevərlər ustad dərsini saat 12:00-da Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi, instagram-@xetaisenetmerkezi) üzərindən canlı yayımla, daha sonra Azərbaycan Dövlət Rəsm Qalereyasının www.azgallery.az və Xətai Sənət Mərkəzinin www.xsm.az saytı vasitəsilə izləyə bilərlər.

Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan yerli və xarici rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed