Şrift:
Ukraynada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 5 nəfər həlak olub
11.09.2020 [11:04] - Gündəm, Hadisə
Ukraynada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ukrayna Yol Patrul Polisinin saytı xəbər verir ki, sentyabrın 11-də səhər saatlarında Kiyev-Xarkov yolunda iki yük avtomobilinin və mikroavtobusun toqquşması nəticəsində azı 5 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

Hadisəyə səbəb yük avtomobillərindən birinin ötmə qaydasını pozması olub. Nəticədə həmin yük avtomobili qarşıdan gələn avtobusla toqquşub.

Xəstəxanaya yerləşdirilən sərnişinlərin bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 913 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed