Şrift:
Türkiyəli professor: Ermənistanın qanunsuz məskunlaşdırma niyyətinin əsasında işğalçılıq siyasəti dayanır
14.09.2020 [12:09] - Xəbərlər, Siyasət
Heç bir dövlət başqa bir ölkənin ərazisində icazəsiz məskunlaşdırma həyata keçirə bilməz. Təcavüzkar Ermənistan tərəfindən erməni əsilli insanların xarici ölkələrdən Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək cəhdi beynəlxalq hüquqa və sülh prinsiplərinə ziddir.

Bu fikirləri açıqlamasında türkiyəli sosial elmləri doktoru, professor Özcan Güngör ifadə edib.

Ermənistanın işğalçılıq siyasətinin region üçün böyük təhlükə olduğunu diqqətə çatdıran professor Özcan Güngör deyib: “Ermənistanın Dağlıq Qarabağ bölgəsində və ətraf 7 rayonda qeyri-qanuni fəaliyyəti, xüsusilə təcavüzkar tərəfin qanunsuz məskunlaşdırma siyasətinin aparılması münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurur. Açıq-aydın görünür ki, təcavüzkar Ermənistanın məqsədi bölgədə demoqrafik tərkibi qəsdən dəyişməkdir. İşğal altındakı ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, eləcə də İslam abidələrinin məhvi beynəlxalq hüquqa təhqirdir”.

Ermənistanın beynəlxalq hüquq normalarına qarşı çıxmaqda davam etməsini dünyada sülhə və inkişafa təhlükə kimi dəyərləndirən professor Özcan Güngör qətiyyətlə bildirib ki, bu hal digər bölgələrdə də milli və dini zəmində münaqişələrin yaranmasına əsas yaradır. Beynəlxalq birlik təcavüzkar tərəfin cinayətkar fəaliyyətinə etiraz səsini ucaltmalı, işğal faktının aradan qaldırılması üçün real addımlar atmalıdır. Çünki Ermənistanın qanunsuz məskunlaşdırma niyyətinin əsasında işğalçılıq siyasəti dayanır.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed