Şrift:
Ermənistanda koronavirusa yoluxanların sayı 45 min 969-a çatıb
14.09.2020 [12:13] - Gündəm, Sosial
Ermənistanda koronavirusa yoluxanların sayı bir qədərdə artaraq 45 min 969-a çatıb. Onların da 107-si son sutka ərzində COVID-19-a yoluxub

Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.

Bildirilib ki, pandemiya qurbanlarının sayı daha 3 fakt artaraq 919-a çatıb.

Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 282 nəfərdir. Hazırda ölkədə 3075 aktiv koronavirus xəstəsi var.
Bu xəbər oxucular tərəfindən 252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed