Şrift:
COVID-19 virusuna yoluxan 29 milyon nəfərdən 21 milyonu sağalıb
14.09.2020 [12:19] - Xəbərlər, Sağlıq
Dünyada koronavirus infeksiyasından sağalanların sayı 21 milyon nəfəri ötüb.

Pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, sentyabrın 13-də dünya üzrə 243 min 969 nəfər koronavirus infeksiyasına yoluxub, 3 min 905 nəfər həyatını itirib, 220 min 640 xəstə isə sağalıb.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 29 milyon 188 min 603 yoluxma və 928 min 325 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 21 milyon 31 min 679 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 228 min 599 xəstədən 60 min 501 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 708 min 458 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri pandemiyanın episentrinə çevrilən Hindistan tutur - 4 milyon 846 min 427 nəfər. Braziliyada 4 milyon 330 min 455, Rusiyada 1 milyon 62 min 811, Peruda 729 min 619, Kolumbiyada 716 min 319 nəfər, COVID-19 xəstəliyinə yoluxub.

Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir (198 min 520 nəfər). İlk beşliyə daxil olan Braziliyada 131 min 663, Hindistanda 79 min 754, Meksikada 70 min 821, Böyük Britaniyada 41 min 628 nəfər koronavirus infeksiyası səbəbindən vəfat edib.
Bu xəbər oxucular tərəfindən 203 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed