Şrift:
Azərbaycanda koronavirusa ən az yoluxma halı Naxçıvan Muxtar Respublikasındadır
14.09.2020 [12:23] - Xəbərlər, Sosial
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb

Koronavirusinfo.az saytı xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 15,6, Aran rayonlarında 10,4, Gəncə-Qazax bölgəsində 6,4, Lənkəranda 4,3, Quba-Xaçmazda 2,1, Şəki-Zaqatalada 1,8, Dağlıq Şirvanda 1,6, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxal olunma halı 0,7 faizdir.
Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed